Menu

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

07.06.2023, 23:37
Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, 7 namizəd arasından 321 səslə sədr seçilib və növbəti 5 ildə bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Türkiyədə 28 may 2023-cü ildə keçirilən Prezident seçkilərindən sonra müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol