Menu

Paşinyanın oğlunu oğurlayanların məhkəməsi davam edirilir – Vəkildən etiraz

08.06.2023, 12:18
Paşinyanın oğlunu oğurlayanların məhkəməsi davam edirilir – Vəkildən etiraz

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı cinayət işinin məhkəmə istintaqı davam etdirilib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, prosesdə müharibədə ölən əsgərlərin və digər valideynlərin əyləşməsi üçün ayrıca yer ayrılıb.

Təqsirləndirilən şəxs Qayane Akopyanın vəkili Hovsep Sarkisyan bildirib ki, onlara qarşı heç bir ittiham yoxdur və ola da bilməz.

Vəkilin sözlərinə görə, o, nə baş verdiyini anlamır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu işdə canfəşanlığı bir çox başqa problemlər fonunda ona gülünc görünür. Buna misal olaraq o, sərhəddə bir ton kokainin aşkar edilməsini göstərib.

“Qayane Akopyan bayaq dedi: “Gedək Yerablura (İrəvanda müharibədə ölən əsgərlərin kütləvi dəfn olunduğu məzarlıq - red.)_, gör orada nə oğlanlar dəfn olunub..." Mənim 52 yaşım var, 30 ildir ki, üçüncü respublikanın dövlət quruculuğuna töhfə vermişəm, amma belə bir şey görmədim. Əvvəl stəkanda fırtına yaradırdılar, indi tufan qoparırlar” - deyə, vəkil bildirib, 

Xatırladaq ki, mayın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ölən əsgər Jora Martirosyanın anası Qayan tərəfindən oğurlanmağa cəhd edilib. Ona qarşı “adam oğurluğu” maddəsi ilə cinayət işi açdıqdan sonra Akopyan saxlanılıb. O, Aşot Paşinyanın oğurlanmasını təşkil etməkdə ittiham olunur.

Müstəntiqlərin fikrincə, “Oğulların Zəngi” təşkilatının üzvləri Paşinyanı maşınlarına minməyə məcbur ediblər, lakin o, tullana bilib. Bu zaman onu başqa maşın vurub. Məhkəmədə “Oğulların Zəngi təşkilatı adam oğurluğu ittihamını rədd edib. Onların sözlərinə görə, Aşot Paşinyan könüllü olaraq ölən əsgərin anasının maşınına minib və İrəvandakı Yerablur qəbiristanlığına getməyə razılaşıb, lakin yolda maşından düşüb.

“AzPolitika.nfo”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol