Rusiya və Ukrayna xalqları münaqişədə maraqlı deyil, ABŞ və İngiltərə bunda maraqlıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın Ukrayna münaqişəsində ölən insanlara heyfi gəlmir.
Patruşev onu da qeyd edib ki, Ukrayna rəhbərləri sülh müqaviləsi bağlamağa hazır olublar, lakin ABŞ-ın təzyiqinə görə bundan imtina ediblər.
"ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir. ABŞ dünyaya hakim ola bilməyəcək", - Patruşev vurğulayıb.
Rusiya TŞ katibi KTMT Təhlükəsizlik Şurasının katiblərinin Minskdə keçirilən iclasda Lukaşenkodan regionda və dünyada vəziyyətlə bağlı faydalı məlumatlar aldığını da əlavə edib.


Şərhlər
Bizim bir e misalımız var:Birinden soruşurlar ki ,ağıllınız kimdir?Cavab verirler ki qabaqdakı zencirli.İndi bu adama sual veresen ki,SSRİ dağılandan sonra Rusiya hansusa köhne sovet respublikasını rahat yaşamağa imkan veribmi?Axı Rysiya balqa siyaset de aıara bilerdi ki ABŞ ve Qerb bu işkere qarışa bilmezdi.İndi ise Rusiyanın taleyi öz elinde deyil.