Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisə "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsi daxil olub.
Dəyişiklik layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacaq.
Qanunlara və Məcəlləyə dəyişikliklərlə taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyən ediləcək.


Şərhlər
Avtomobil daşımalarının normal təşkili yalnız bu daşımaların dövlət strukturlarında cəmləşməsi halında mümkün oa bilər.Bu zaman taksi parkları,yük və sərnişin avtoparkları yaradılması vacibdir.Bu zaman həm tavtomobillərin sanitar vəziyyəti,həm sürücülərin normal seçimi və nəzarəti təçkil olunar və eyni zamanda taksi və yükavtoparkları dövlətə mənfəət gətirər.Sərnişin daşımalar isə bütün ölkələrdə olduğu kimi dotasiya ilə işləyət ki, bu da insanların normal gediş-gəlişi üçün fövlətə ağır yük olmaz.Çünki taksi və yük daşımalarının mənfəəti bu xərci üstələyəcək. BUnun hesabatını təqdim etmək çətinlik təşkil etmir.