Menu

"Elektron siqaretlər təhlükəlidir və sağlamlığa ciddi zərər yetirir" - Nazirlik

09.06.2023, 11:19
"Elektron siqaretlər təhlükəlidir və sağlamlığa ciddi zərər yetirir" - Nazirlik

"Qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir. Lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev bildirib.

"Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir", - o əlavə edib.

Şərhlər

Vətəndaş 2023-06-09 12:31:51

.Elrektron siqaret və ya Palma yağı,istifadə müddəti keçmiş ərzaq mallarının (sonradan Azərbaycanda paketlənən ) ölkəyə daxil olması, belə məlumatlrın ortaya çıxması Azərbaycanda nəzarət orqanlarının (DTK.DSX.DGK.DİN,AQTA-kimi nəzarət orqanlarının) öz işlərinin öhdəsindən gəlmədiklərini və gəlmək istəmədiklərini sübut etirmi? Bəs yuxarılar bundan xəbərsizdir? AXı bu millətin sağlamlığına br başa zərərdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol