Menu

"Banklarda kredit faizlərinin yuxarı olması hamını düşündürür" - Siyavuş Novruzov

09.06.2023, 13:14
"Banklarda kredit faizlərinin yuxarı olması hamını düşündürür" - Siyavuş Novruzov

Banklarda faizlərin yuxarı olması hamını düşündürür. Sahibkarlara kreditlər 14 faizdən başlayaraq verilir, kənd təsərrüfatı ilə bağlı kreditlər isə 6% olsa da, bu da çoxdur.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

“14% kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm kredit qaytarsın, həm qazanc əldə etsin, həm də işçi saxlasın? Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Sadə mexanizm ləğv olundu, hazırda isə qara bazar fəaliyyət göstərir. Yenidən 90-cı illərə qayıtmışıq. Turist gəlir Azərbaycana, o, harada valyutanı dəyişsin? Əhmədlidə valyuta dəyişmək istəyən şəxs gərək gəlsin şəhərə, orada valyutasını dəyişsin. Bundan başqa, valyutadəyişmə məntəqələrinin açılması üçün 50 min girov tələbi qoyulub. Düşünürəm ki, dayanacaq formasında (Bakı şəhərində quraşdırılan yeni dayanacaqlar) valyutadəyişmə məntəqəsi açılsın, vətəndaşlar da orada çalışsın. Bundan başqa, banklar 100 min manatdan artıq məbləği sığortalamır. Belə olan halda vətəndaş banka necə güvənsin? Bu məsələlərlə bank sektoru ciddi məşğul olmalıdır”, - deyə deputat əlavə edib.

Şərhlər

Tural 2023-06-09 16:49:20

"Dəlidən döğru xəbər" beləsinə deyiblər e. Hamını düşündürür və bank faizləri problemi həll olmursa daha kimləri düşündürməlidir? Eskimosları?

AA 2023-06-09 14:53:23

Aha

ELMAN 2023-06-09 14:51:13

SİYAVUÇ MÜƏLLİM DOĞRU BUYURUR.BANKLARDA FAİZİN YÜKSƏK OLMASI HAKİMİYYƏT.DEPUTAT VƏ NAZİRLƏRDƏN BAŞQA HAMINI DÜŞÜNDÜRÜR.AMMA DÜŞÜNMƏLİ,XALQA XİDMƏT ETMƏLİ OLANLAR SOYĞUNÇULUQL BAÇLARI QARIŞDIĞNDAN BU MƏSƏLƏ İLƏ MARAQLANMIRLAR.XALQIN İŞİ ALLAHA QALIB.BU ÜZDƏNİRAQLAR BUNU ANLAMAZLAR.ALAH AZIRBAYCANLI MİLLƏTƏ ÜZ ÇEVİRSUN VƏ YARDIMÇISI OLAR İNŞALLAH!

Novruzova 2023-06-09 14:46:05

Görəsən Siyaquş bu çıxışı ilə nə demək stəyir?Əgər xalqı,milləti düçünürsənsə çağırın bu yuxarı faiz qoyan bankların sahibblərini _(Bütün bankların PAŞABANK-ın nəzarətində olduği sirr deyil)Parlamenta,izahat tələb edin və faizlərin aşağı salınmasına dair göstətiş verin.Hamı bilir ki, Mərkəzi bank bu banklara krediti 5 faizə qədər faizlə verir.Amma bu banklar 5 faizə aldıqları krediti millətə 28-35 faizlə verir.Niyə Mərkəzi bank əhaliyə bir başa xidmət etmir və müftəxorlar bəsləyir.Siyavuş bəy bəlkə bundan xəbəriniz olmur?Bir maraqlan,gör millət necə soyulur və kimlər soyur..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol