“2-3 fikir ayrılığı var, lakin ümumiyyətlə mətn yüksək səviyyədə hazırdır”.
APA-nın Moskva müxbiri “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında danışarkən bildirib
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin son iclası 9 saat davam edib.
Overçuk qeyd edib ki, bu iclasın nəticələrinə əsasən, prinsipial məqamlarla - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var.
"Bu, adi bir dəmir yolu olacaq. Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflər kommunikasiyaların tezliklə açılması prosesinə başlamaq istəyi var", - deyə Rusiya rəsmisi vurğulayıb.
Rusiya baş nazirinin müavini onu da əlavə edib ki, sərhəd nəzarətinin Rusiya Federasiyası FTX tərəfindən həyata keçirilməsi imkanları Ermənistandan asılı olacaq.


Şərhlər
ermənistan ağır metallurgiya zavodunu bu yolun üzərində tikəcək.Demək olar ki,dəmir yolu bizdən çox ermənilərin arzusudur.Halbu ki biz Naxçıvana getmək üçün dəmir yolunu Gürcüstan-Türkiyə-Naxçıvan marşurutu ilə çəkməli idik.Görünür,respubvlikamızda ermənilərin arzusu ilə işləyən adamlar da var.