Ukraynadakı Kaxovka fəlakətindən sonra Xersonda suyun səviyyəsi aşağı düşməyə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.
O, Xerson vilayətində suyun səviyyəsinin 20 santimetrə qədər azaldığını bildirib.
“Səhər saatlarına olan məlumata görə, rayonda suyun səviyyəsi 5,38 metr təşkil edir. Xerson şəhərində isə suyun səviyyəsi 5,35 metrdir”,-deyə Prokudin bildirib.
O, əlavə edib ki, bölgədəki 32 yaşayış məntəqəsində 3 min 624 ev su altında qalıb, 2 min 352 nəfər və 550 heyvan təxliyə edilib.
Xatırladaq ki, mayın 6-da Kaxovka Su Elektrik Stansiyasının partladılması nəticəsində Dnepr çayının sağ və sol sahillərində yerləşən bir sıra yaşayış məntəqələri su altda qalmışdı.
“AzPolitika.info”


Şərhlər