Menu

“Əks-hücum zamanı Ukraynanın əhəmiyyətli itkiləri gözlənilir” – Con Kirbi

09.06.2023, 17:04
“Əks-hücum zamanı Ukraynanın əhəmiyyətli itkiləri gözlənilir” – Con Kirbi

“Döyüş əməliyyatlarının intensivləşməsi zamanı Ukrayna qüvvələrinin sıralarında əhəmiyyətli itkilər gözlənilirdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə axşamı CNN telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarındakı itkilər barədə konkret məlumat vermək niyyətində deyil. “Ancaq bu müharibədir” deyən Ağ Evin sözçüsü Baxmut ətrafında və cəbhənin digər sektorlarında ağır döyüşlərin getdiyini qeyd edib.

“Əlbəttə ki, intensiv döyüşləri nəzərə alsaq, itkilər gözlənilirdi”, - Kirbi vurğulayıb. O qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynaya hərbi dəstək verməyə diqqət yetirəcəklər.

CNN iyunun 8-də ABŞ administrasiyasının mənbələrinə istinadən xəbər verib ki, rus qoşunlarının müqaviməti gözlənildiyindən daha güclü olduğu üçün Ukrayna qüvvələri əks-hücum cəhdində xeyli itki verib. Söhbət həm texnikada, həm də personalda itkilərdən gedir. Eyni zamanda, Amerika administrasiyasının nümayəndələri itkilərin Ukraynanın əks-hücumunun daha geniş planlarına təsir etməyəcəyini bildiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol