Menu

Təhsil İdarəsi: Xırdalanda 4-cü siniflərin buraxılış mərasimindəki videogörüntü araşdırılır

11.06.2023, 20:04
Təhsil İdarəsi: Xırdalanda 4-cü siniflərin buraxılış mərasimindəki videogörüntü araşdırılır

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.

Bu barədə “Report”a Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.

Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, - idarədən qeyd edilib.

Şərhlər

Eli 2023-06-11 21:42:10

Deyirem ölkede korrupsiyadan rüşvetden söhbet gedende birinci mektebler “yada düşür”.Jurnalistler de daysnmır, ele bil ki,gün erzinde yüzlerle hüquq mühafize orqan işçileri dövlet memurları teni küllü ixtiyar sahibleri Quran oxuyub namaz qılırlar halbuki ölkdni çökdğren memurlar başqalarını düz işlemeyi tövsiyye dfir.Eşi el çekin bu yetim müelimlerden jek işçilerinden büdceden millionlar milliardan oğurlatzn vezifelikeri de millet çox gözel tanıyır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol