Menu

İmişlidə 37 yaşlı kişi intihar edib

12.06.2023, 08:54
İmişlidə 37 yaşlı kişi intihar edib

İmişli rayonunun Qaralar kəndində intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, yerli sakin, 1986-cı il təvəllüdlü Hacıyev Xəyal İlham oğlu kənddə yerləşən əkin sahəsindən keçən elektrik xəttinin dirəyinin metal konstruksiyasında iplə özünü asaraq öldürüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol