Menu

“Putinlə əl-ələ verib, güclü ölkə qurmaq istəyirik” – Şimali Koreya lideri

12.06.2023, 10:49
“Putinlə əl-ələ verib, güclü ölkə qurmaq istəyirik” – Şimali Koreya lideri

Şimali Koreya (KXDR) lideri Kim Çen In Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəklədiklərini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, Kim Çen In Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək və “Vladimir Putinlə əl-ələ verərək”, güclü ölkə qurmaq istədiyini deyib.

Şimali Koreya lideri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaq qərarını da dəstəkləyib: “Rusiya Prezidentinin düzgün qərarı və göstərişləri sayəsində Rusiya xalqının suverenliyinə və təhlükəsizliyinə yönəlmiş təhdid və çağırışlara qarşı aparılan mübarizə həlledici mərhələyə qədəm qoyub. Ədalət mütləq qalib gələcək və rus xalqı qələbə tarixini, onun özünəməxsus ənənəsini tərənnüm etməyə davam edəcək”.

O, həmçinin Rusiya xalqına tam dəstək və həmrəylik ifadə edib və bəyan edib ki, Rusiya suveren dövlətləri qorumaq kimi müqəddəs işi təcəssüm etdirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol