“Rusiya Baş Qərargahı son ehtiyat qüvvələrini cəbhəyə cəlb edir. Hətta digər istiqamətlərdəki qüvvələrini Zaporojyeyə daşıyır. Bu, bizə əhəmiyyətli dərəcədə kömək edəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “addım-addım” irəliləyir: “Biz tələsmirik və inamla irəliləyirik. Ən əsası odur ki, düşmən döyüşə getdikcə daha çox ehtiyatlarını atmaq məcburiyyətindədir. Bizim hesablamalarımıza görə, onların ehtiyatları elə də çox qalmayıb. Bizim qüvvələr inamla irəliləyir və azad etdiyi əraziləri əlində saxlaya bilir”.
Qeyd edək ki, Qərb mətbuatı yaxın günlərdə Ukraynanın əks-hücumunun daha böyük miqyas alacağını yazır.
“AzPolitika.info”


Şərhlər