NATO-nun hərbi komitəsinin sədri, general Knud Bartels ikigünlük səfərlə Ukraynaya gəlib. Musavat.com-un məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında xəbər yer alıb.
Generalın ölkənin Milli Təhlükəsizlik Şurasının, Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəhbərləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Bu gün axşam ABŞ-ın vitse-prezidenti Co Bayden və xanımı da Kiyevə təşrif buyurub. “Reuters” Ağ Evdəki mənbəyə istinadən xəbər verir ki, Bayden Ukrayna paytaxtında Birləşmiş Ştatların bu ölkəyə hərbi yardımı artıracağını bəyan edəcək.


Şərhlər