Menu

Rusiyada 1 ABŞ dolları 85,03 rubla qədər bahalaşıb

14.06.2023, 11:30
Rusiyada 1 ABŞ dolları 85,03 rubla qədər bahalaşıb

Rusiyada ABŞ dollarının məzənnəsi 85 rublu ötüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dolları 85,03 rubla qədər bahalaşıb.

Qeyd edək ki, dolların məzənnəsi sonuncu dəfə bu həddi ötən ilin aprelin 4-də keçib.

Yuanın məzənnəsi 11 qəpik artaraq 11,84 rubl, avronun məzənnəsi isə 76 qəpik artaraq 91,70 rubl təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol