Azərbaycan və Ermənistan XİN başçıları arasında iyunun 12-nə planlaşdırılan görüşün təxirə salınması səbəbi açıqlanıb.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller nazirlərin görüşünün təxirə salınmasının tərəflərin qrafiklərindəki problemlərlə bağlı olduğunu deyib: “Təəssüf ki, bu görüş qrafikdəki problemlər səbəbindən baş tutmayıb. Biz səbirsizliklə onun keçirilməsini gözləyirik”.
Xatırladaq ki, Ermənistan rəsmiləri iyunun 12-nə təyin olunan görüşün Azərbaycan tərəfinin istəyilə təxirə salındığını bildiriblər. Bir çox erməni politoloqlar isə görüşün Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri səbəbindən təxirə salındığını düşünürlər.
“AzPolitika.info”


Şərhlər