Menu

Solovyov Rusiya ordusundan narazıdır... - Və Rumıniya ilə Bolqarıstanı bombalamağı təklif edir

14.06.2023, 19:21
Solovyov Rusiya ordusundan narazıdır... - Və Rumıniya ilə Bolqarıstanı bombalamağı təklif edir

Kremlin ən çığırğan təbliğatçılarından olan Vladimir Solovyov Rusiya ordusunun Ukraynanı “az bombalamasından” gileylenib.

“AzPolitika.info” xəbər verir ki, Solovyov növbəti verilişində Ukraynanın yanacaqla təmin olunmasına etiraz edib: “Biz əvvəlcə “işləməyə” başlayanda Ukraynada yanacaq harasa yoxa çıxmışdı. İndi isə bu barədə heç söhbət belə yoxdur. Onlar yanacağı hardan alırlar?”

Solovyov deyib ki, Ukraynanı yanacaqsız qoymaq üçün Rumıniya və Bolqarıstan limanlarını bombalamaq lazımdır.

Xatırladaq ki, hər iki ölkə NATO üzvüdür.

“AzPolitika.info” 

Şərhlər

Vuqar Memmed.oglu 2023-06-14 22:57:05

Solovyovun bir tərəfi yəhudi olmasına baxmayaraq rus sovinistlərinə təbliğatda 10 təpik vurur!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol