Menu

FED uçot dərəcəsini 5,00-5,25% səviyyəsində saxlayıb

14.06.2023, 22:27
FED uçot dərəcəsini 5,00-5,25% səviyyəsində saxlayıb

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 5,00-5,25% səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.

Qeyd edək ki, FED martda uçot dərəcəsini 25 baza bəndi qədər artırıb. Belə ki, uçot dərəcəsi 4,75-5%-ə qaldırılıb.

Həmin vaxt son faiz artımı ilə uçot dərəcəsi 2006-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol