Menu

"Aİ apreldən bəri Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib" - Borrel

15.06.2023, 18:45
"Aİ apreldən bəri Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib" - Borrel

Avropa İttifaqı aprel ayından Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib.

APA TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə görüşündə deyib.

“Bu, döyüş sursatları tədarükü planımızın birinci hissəsidir. Biz iyulun sonuna kimi Avropa Müdafiə Agentliyinin təşkil etdiyi yeni sursatların birgə alınması üçün müqavilələr imzalayacağıq”, - Borrell bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol