Menu

Rusiya Qarabağdakı separatçılara PUA-lar verir? - Ukraynalı jurnalistdən sensasiyalı iddia

16.06.2023, 15:19
Rusiya Qarabağdakı separatçılara PUA-lar verir? - Ukraynalı jurnalistdən sensasiyalı iddia

Rusiyanın Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini silahlandırdığı və himayə etdiyi heç kimə sirr deyil.

“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı jurnalsit Gülsüm Xəlilova öz “tvitter” səhifəsində Rusiyanın Qarabağdakı separatçılara yüzlərlə hərbi dron verdiyini yazıb.

Uzun müddət ATR kanalında işləmiş, milliyyətcə Krım tatarı olan jurnalist bu məlumatı Ukrayna kəşfiyyatından aldığını yazıb.

G.Xəlilova məsələnin təfərrüatını açıqlamayıb. Ancaq Rusiyanın uzun illər Qarabağdakı erməni separatizmini və işğalçı Ermənistanı hər cür silah-sursatla təmin etdiyini nəzərə alsaq, onun hazırda “quyruğu qapı arasında qalan” qanunsuz erməni hərbi birləşmələrinə digər silahlarla yanaşı hərbi dronlar da verməsi xəbəri kifayət qədər inandırıcı ğörünür…

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-06-16 18:02:50

erməninin pulu var ki,silah alsın?PUA-lkarı da,digər silahları da tarixən genetik düşmənimiz olan ruslar onlara verir.Verdikləri silahların ermənilərin əlində olmasına baxmayaraq, tətiyində də rusların barmağı olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol