Ermənistanın üçüncü Prezidenti Serj Sarqsyanın rəhbərliki etdiyi Respublika partiyasının sədr müavini Armen Aşotyan həbs edilib.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Sarqsyanın ən yaxın “silahdaşlarından” olan Aşotyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ermənistan Anti-korrupsiya məhkəməsinin qərarı Sarqsyan hakimiyyəti dövründə Təhsil naziri olmuş Aşotyana qarşı 100 min dollarlıq korrupsiya ittihamı ilə açılmış cinayət işi əsasında qəbul edilib.
Qeyd edək ki, Aşotyan Paşinyan hakimiyyətinin ən qatı əleyhdarlarından biri sayılır.
“AzPolitika.info”


Şərhlər