Menu

Allahşükür Paşazadə İrana gedir

21.11.2014, 10:50
Allahşükür Paşazadə İrana gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İrana səfərinin proqramı açıqlanıb.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşür.

Səfərdə məqsəd 23-24 noyabr 2014-cü il tarixlərində İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol