Menu

Ukrayna SQ bir neçə yaşayış məntəqəsini azad edib

19.06.2023, 10:55
Ukrayna SQ bir neçə yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsini azad edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə əsasən, Pyatixatki, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe və Lobkovo yaşayış məntəqələri azad edilib.

Malyar onu da əlavə edib ki, ümumilikdə Tavriyskoe istiqamətində Ukrayna ordusu düşməni 7 km arxaya sıxışdırıb, ölkənin cənubunda azad edilən ərazi isə 113 kvadrat kilometrdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol