Menu

"Azərbaycanda evin qiyməti vətəndaşın 10-11 illik gəlirinə bərabərdir" - AMB

19.06.2023, 12:33
"Azərbaycanda evin qiyməti vətəndaşın 10-11 illik gəlirinə bərabərdir" - AMB

Azərbaycanda bir mənzilin orta qiyməti orta statistik ölkə vətəndaşının 10-11 illik gəlirinə bərabərdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru REAL TV-yə müsahibəsində Ziya Əliyev bildirib.

"Əgər qiyməti bizim 10-11 illik zəhmətimizə bərabərdirsə, deməli bu, çox dəyərli bir şeydir. Mən hələ bunun mənəvi tərəflərindən danışmıram. Milli mədəniyyətə görə, evin böyük mənəvi dəyəri var. Hamı istəyir ki, özünə məxsus evi olsun", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol