“Bu ilin ilk 4 ayının yekunlarına görə, Azərbaycanın qeyri-neft məhsullarının 34.2 faizi qardaş Türkiyəyə ixrac edilib. Uzun müddət ölkəmizin qeyri-neft ixracatında birinci olan Rusiya 24.0 faiz payla ikinci sıraya enib”.
“AzPolitika.info” xəbər verir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov bildirib.
“Bütövlükdə, 2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1 milyard 187 milyon dollar olub”, - o əlavə edib.
İqtisadçının sözlərinə görə, qeyri neft-qaz məhsulları üzrə ixracatımızda Türkiyə və Rusiya ilə yanaşı Gürcüstan (12,0 faiz), İsveçrə (4,1 faiz), Qazaxıstan (2,9 faiz), Türkmənistan (2,3 faiz), Ukrayna (2,3 faiz), İtaliya (1,6 faiz), Belçika (1,5 faiz), Özbəkistan (1,3 faiz), Rumıniya (1,3 faiz), Almaniya (1,1 faiz), Çin (1,1 faiz), Birləşmiş Ərəb Əmirlikləri (1,1 faiz) ticarət tərəfdaşlarımızdır.
V.Bayramov bildirir ki, Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin son illər daha da güclənməsi müşahidə olunur.
“Artıq iki ölkə arasında ticarət döriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara qədər artırılmasıdır”, - iqtisadçı vurğulayıb.
“AzPolitika.info”


Şərhlər
Dost dar gündə tanınar. Türkiyə hələ 90cı illərdə H.Əliyev Naxçıvanda olanda ilk ən zəruri maddi yardımını etmişdi! 1918ci ildən Başımızın tacı bildiyimiz Rusiya isə 1987ci ildən nəinki *bizlərə* ögey münasibət göstərir, azmış kimi həmin dövrdən vəhşi millətçi daşnaq terrorçularını və hərbi işğalçıımız Ermənistanı dəstəkləmiş və hələ də də Siyasi-Hərbi-Mənəvi cəhətdan mühafizə etməkdədir?