Menu

İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri artırılıb

19.06.2023, 17:34
İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri artırılıb

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanunu təsdiqləyib.

"Report"un xəbərinə görə, İşsizlikdən sığorta fondunun (İSF) gəlir və xərcləri 5 milyon manat artırılaraq 217 668 344,50 manata çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl İSF-nin gəlir və xərcləri 212 668 344,50 manat idi.

Şərhlər

t.ədalət 2023-06-19 23:13:58

"İşsizlikdən sığorta fondu" işləyən əhalinin öz hesabına yaradılır.Yəni,hər-hansı bir müəssisə öz işçisinə aid bütün vergi və sair xərcləri ödədikdən sonra,87 manat və daha artıq işçi başına məcburi vəsait ödəyir.Bu,dünyada anoloqu olmayan bir metoddur.Həmin xərci ödəməkdə çətinlik çəkən xırda müəssisələr,yeməkxana və kafelər fəaliyyətlərini dayandırmaqdan başqa bir yol görmürlər.İşçinin maaşını,vergi və digər xərclərini ödədikdən sonra dövlətin də əvəzində məşğulluq üçün 87 manat sığorta pulu ödəmək qeyri-qanunidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol