Rusiya Ermənistanın Zəngəzur vilayətinin Qafan şəhərində konsulluq açmaq istəyir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə iyunun 19-da parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan məlumat verib.
Kostanyanın sözlərinə görə, bu məsələ müzakirə olunur və Rusiyanın İrəvandakı səfirliyi Qafanda konsulluq açmaq zərurətini izah etməlidir: “Biz beynəlxalq partnyorlarımızın vəziyyətlə yerində tanış olmaq məqsədilə Syunikdə (Zəngəzurda-red.) diplomatik nümayəndəliyə malik olmaq istəyini və marağını alqışlayırıq”.
Ötən ilin oktyabrında Qafanda İranın konsulluğu açılıb.
“AzPolitika.info”


Şərhlər
Rusiya Qafanda konsulluq açmaq istəyirsə,deməli,həmin ərazilərdə PKK kürdlərini fəallaşdıracaq.