Menu

Rusiya və İran PKK/YPG-yə dəstək verən ölkələri qınayıb

21.06.2023, 18:31
Rusiya və İran PKK/YPG-yə dəstək verən ölkələri qınayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub. İran, Rusiya və Türkiyə nümayəndələrinin Suriya üzrə 20-ci beynəlxalq görüşünün yekunlarına dair birgə bəyanatda Suriyanın şimal-şərqində terrorçu birləşmələrə (PKK/YPG) dəstək verən ölkələrin qeyri-qanuni fəaliyyətləri pislənilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, regionda davamlı təhlükəsizlik və sabitlik yalnız ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında əldə edilə bilər.

Suriya üzrə Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İran Suriya - Türkiyə münasibətlərinin normallaşdırılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Şərhlər

Veteran 2023-06-22 09:23:59

Yalançının ATASINA lənət.

t.ədalət 2023-06-21 19:49:19

PKK VƏ YPĞ-yə dəstək verən elə bu iki ölkə deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol