Menu

Türkiyə 4 ölkəyə “ANKA” pilotsuz uçuş aparatları təslim edəcək

22.06.2023, 14:24
Türkiyə 4 ölkəyə “ANKA” pilotsuz uçuş aparatları təslim edəcək

Türkiyə 2023-cü ilin sonunadək 4 ölkəyə “ANKA” pilotsuz uçuş aparatlarını təslim edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyinə açıqlamasında “ANKA” layihəsinin Baş məhsul mühəndisi Ziya Doğan bildirib.

O qeyd edib ki, gələn il “ANKA” PUA-larının ixrac ediləcək ölkələrə daha bir ölkə əlavə olunacaq. Doğan, həmçinin əlavə edib ki, ölkə daxilində “ANKA” PUA-larının ümumi uçuş müddəti təxminən 200 min saata çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol