Menu

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini kəskin artırıb

22.06.2023, 15:30
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini kəskin artırıb

Türkiyə Mərkəzi Bankının (TCBM) Pul komitəsi Hafize Gaye Erkanın rəhbərliyi ilə ilk uçot faiz dərəcəsi (bir həftəlik repo faizi) qərarını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, TCMB uçot faiz dərəcəsini 8.5%-dən 15.0%-ə qədər qaldırıb.

TCMB inflyasiya təzyiqlərinə qarşı monetar sərtləşdirmə prosesinə başlamaq qərarına gəldiyini qeyd edib: "Qlobal iqtisadiyyatda inflyasiya azalsa da, hələ də uzunmüddətli orta göstəricilərdən xeyli yuxarıdır. Bu səbəbdən bütün dünyada mərkəzi banklar inflyasiyanı azaltmaq üçün tədbirlər görür. Ölkəmizdə son göstəricilər inflyasiyanın əsas tendensiyasının artdığını göstərir. Bu inkişaf daxili tələbin güclü kursu, xərc təzyiqləri və xidmət inflyasiyasının sərtliyi ilə bağlı olub. Bu amillərlə yanaşı, Komitə qiymət davranışının pisləşməsinin inflyasiyaya əlavə mənfi təsir göstərəcəyini gözləyir".

Vurğulanıb ki, Komitə siyasət faizini inflyasiyanın orta müddətli dövrdə 5 faizlik hədəfə çatmasını təmin edəcək pul və maliyyə şərtlərini yaradacaq şəkildə müəyyən edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol