Menu

"Söyüdlü sakinlərinin göllə bağlı narahatlığı ciddi şəkildə öyrəniləcək, təhlillər aparılacaq" - Muxtar Babayev

22.06.2023, 16:38
"Söyüdlü sakinlərinin göllə bağlı narahatlığı ciddi şəkildə öyrəniləcək, təhlillər aparılacaq" - Muxtar Babayev

"Sizin göllə bağlı narahatlığınız çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar burada təhlillər aparacaqlar".

"Report"un xəbərinə görə, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi məsələlərinin hamısı araşdırılacaq:

"Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol