Menu

İstanbulda terror aksiyası planlayan İŞİD üzvü həbs olunub - FOTO

23.06.2023, 11:19
İstanbulda terror aksiyası planlayan İŞİD üzvü həbs olunub - FOTO

İstanbulda terror aksiyası planlayan A.H.O (şərti ad-red.) adlı İŞİD üzvü həbs olunub.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul polisi iyunun 18-də şübhəlinin qaldığı Bahçelievlerdəki evdə əməliyyat keçirib. Əməliyyat zamanı A.H saxlanılıb.

Şübhəlinin evində aparılan axtarışlar zamanı 2 sənədsiz tapança, 2 maqazin, bomba hazırlamaq üçün istifadə edildiyi düşünülən materiallar, çoxlu sayda rəqəmsal və təşkilati materiallar ələ keçirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol