Ukrayna Silahlı Qüvvələri rus ordusuna məxsus Ka-52 “Alliqator” helikopterini məhv ediblər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk məlumat yayıb.
Onun sözlərinə görə, helikopter bu gün səhər saatlarında vurulub.
“Bu gecəki döyüş əməliyatları üçün hər kəsə təşəkkür edirəm. Həmçinin bu səhər Donetsk vilayətində vurulan daha bir “Alliqator”a görə zenitçilərimizə təşəkkür edirik”, - deyə Oleşçuk bildirib.
“AzPolitika.info”


Şərhlər