Menu

“Bu halda ABŞ Kiyevi danışıqlara məcbur edəcək” – “Bild”

23.06.2023, 13:23
“Bu halda ABŞ Kiyevi danışıqlara məcbur edəcək” – “Bild”

Ukraynanın əks hücumu uğursuz olarsa, ABŞ hakimiyyəti Kiyevi danışıqlara məcbur edəcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın aparıcı nəşrlərindən hesab olunan “Bild” məlumat yayıb.

Nəşr iddia edir ki, ABŞ-da qarşıdan gələn seçkilər və Ukraynaya daimi dəstəyi əhaliyə izah etməklə bağlı yaranan çətinliklər fonunda bu mümkündür.

“Ukraynada da bağlı qapılar arxasında davam edən dəhşətli ssenari belə görünür. Qərbin silahlarına baxmayaraq, hücum uğursuz olarsa, ABŞ-ın danışıqlarla bağlı Ukraynaya təzyiqi arta bilər”,-deyə məlumatda qeyd olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol