2017-ci ildə Çinlə birgə start verilən və sovet dövründən bəri Rusiya üçün ilk olması nəzərdə tutulan geniş gövdəli CR929 təyyarəsinin hazırlanması layihəsi Rusiyanın iştirakı olmadan davam edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Air Current” məlumat yayıb. Daha əvvəl bildirilmişdi ki, layihənin taleyi qeyri-müəyyəndir, çünki Çin Rusiyanı öz bazarında mənfəətdən məhrum etmək istəyir, ona “Airbus” və “Boeing” ilə rəqabət aparmalı olacağı digər bazarların yalnız 70%-lik payını qoyub.
Rusiya istehsalda öz ehtiyat hissələrindən istifadəni təklif etsə də, Çin ABŞ və Avropaya uçarkən daha etibarlılığı təmin edə bilən Qərb təchizatçılarına üstünlük verib.
2022-ci il iyunun sonunda Baş nazirin müavini Yuri Borisov Rusiyanın CR929 təyyarəsinin yaradılması layihəsində iştirakının azaldılmasından danışıb: “Çin bizim xidmətlərimizlə getdikcə daha az maraqlanır”.
Rusiya Prezidenti Vladimir Putin 2014-cü ildə Pekinə səfəri zamanı Çinlə yeni CR929 təyyarəsinin istehsalı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb. Bu, Çin və Rusiya arasında aviasiya sənayesində ən böyük razılaşmadır. Onun dəyəri 50 milyard dollar qiymətləndirilirdi.
Layihə Birləşmiş Təyyarə Korporasiyası və Çin Kommersiya Aviasiya Korporasiyası tərəfindən hazırlanır. CR929-un ilk uçuşu 2025-ci ilə, modelin geniş istismara verilməsi isə 2028-ci ilə planlaşdırılıb.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Avropa İttifaqı Rusiyaya təyyarə və ehtiyat hissələrinin tədarükü, eləcə də onlara texniki qulluq və sığorta ilə bağlı qadağa qoyub. ABŞ aviasiya məhsullarının ixracını məhdudlaşdırıb və Rusiya təyyarələrinə qarşı sanksiyalar tətbiq edib.
“AzPolitika.info”


Şərhlər