Birləşmiş Ştatlar Kubada yerləşən Quantanomo həbsxanasından 3 məhbusu Gürcüstana köçürüb.
Pentaqon noyabrın 20-də bildirib ki, Yəməndən olan Salah Mohammed Salih Al-Dhabi, Abdel Ghaib Ahmad Hakim və Abdul Khaled Al-Baydani Gürcüstana təhvil verilib.
Məlumatda deyilir ki, “Birləşmiş Ştatlar Quantanomo həbsxanasının bağlanması üçün görülən işlərə Gürcüstan hökumətinin göstərdiyi dəstəyə görə minnətdardır”.
Gürcüstan ilk dəfə 2010-cu ildə Quantanomodan 3 məhbus alıb. Onların kimliyi açıqlanmayıb.
ABŞ Dövlət Departamenti noyabrın 20-də bildirib ki, bir yəmənli və tunisli Quantanomodan Slovakiyaya köçürülüb.


Şərhlər