Menu

“F-16 qırıcıları Ukraynaya gələn ilin əvvəlində veriləcək” - “Politico”

23.06.2023, 16:49
“F-16 qırıcıları Ukraynaya gələn ilin əvvəlində veriləcək” - “Politico”

F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü 2024-cü ilin əvvəlindən başlayacaq.

“Report” xəbər verir ki, bunu ABŞ-ın “Politico” nəşri yazıb.

Məlumata görə, qırıcıların Kiyevə çatdırılmasının dəqiq tarix hələ müzakirə olunur, lakin bəzi rəsmilər tədarükün gələn ilin ilk aylarında başlaya biləcəyinə inanırlar.

Nederland və Danimarkanın Ukraynaya F-16-lar verəcəyi gözlənilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 21-də deyib ki, qırıcı təyyarələr qarşıdakı 5-6 ay ərzində ölkəsinə çatdırıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol