Menu

Putin Tokayevə niyə zəng edib? - “Vaqner” Rusiyanın cənubunu ələ keçirsə...”

24.06.2023, 15:09
Putin Tokayevə niyə zəng edib? - “Vaqner” Rusiyanın cənubunu ələ keçirsə...”

Bir az əvvəl Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanlı həmkarı Qasım Comərt Tokayevə zəng edib. Rəsmi məlumatda liderlərin “Vaqner”in qiyamı ilə Rusiyada yaranmış vəziyyəti müzakirə etdikləri bildirilib.

Politoloq Fərhad Məmmədov isə deyir ki, Qazaxıstan Rusiya ərazisində baş verəcək fəal hərbi əməliyyatlara yaxın olan ölkədir.

“Volqoqrad strateji cəhətdən əhəmiyyətli şəhərdir. O, Rusiyanın Ukrayna ilə Qazaxıtan arasındakı ən dar hissəsinin mərkəzində yerləşir: Ukrayna ilə sərhəddən (Donbass) Qazaxıstana (Xəzər dənizinin şimal hissəsi) cəmi 600 km. var.


Priqojin Volqoqradı alıb Qazaxıstan sərhəddinə doğru hərəkət etsə, bütün Rusiyanın cənubunu bağlayacaq. Qazaxıstan Rusiya ilə sərhədinə qoşun yeritməsi çox vacibdir, çünki məsələ tez bitməyəcək”- deyə, təhlilçi vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol