Menu

Rusiya ordusunun “Vaqner”-lə döyüşdə ilk itkiləri açıqlandı – Bir təyyarə, 3 vertolyot...

24.06.2023, 17:48
Rusiya ordusunun “Vaqner”-lə döyüşdə ilk itkiləri açıqlandı – Bir təyyarə, 3 vertolyot...

Tanınmış “Oryx” müstəqil ekspert mərkəzi “Vaqner”-lə Rusiya ordu birləşmələri arasındakı hərbi qarşıdurma nəticəsində qeydə alınan ilk itkiləri açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, mərkəzin hesabatında ordunun “Vaqner”-lə müqayisədə xeyli artıq itki verdiyi göstərilir.

Qeyd olunur ki, indiyə qədərki qarşıdurmada “Vaqner” cəmi bir “UAZ” maşını itirib. Ordunun isə bir ədəd “İl-22” təyyarəsi, radioelektron mübarizə üçün nəzərdə tutulan iki vertolyotu və bir ədəd “Mi-35” vertolyotu məhv edilib. Eləcə də, bir “Tiqr” avtomobili və bir “Kamaz” “Vaqner” tərəfindən döyüşlər zamanı ələ keçirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol