Voronej yaxınlığındakı nüvə silahı anbarı “Vaqner”in əlinə keçə bilər.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Voronejdəki 387-ci obyektində nüvə silahının mobil raket kompleksi və texniki bazası yerləşir. Məlumata görə, burada raketlərin və aviasiya bombalarının nüvə başlıqları saxlanılır.
Hətta iddia olunur ki, “İskəndər-M” raketləri üçün lazım olan nüvə başlıqları da burada yerləşir.
Bildirilir ki, Rusiya Ordusunun o istiqamətdəki qüvvələri ilə bazanı qorumaq çətin olacaq, bunun üçün cəbhə bölgəsindən ehtiyyat qüvvələrin cəlb olunmasına ehtiyac var.
Güman edilir ki, “Vaqner”in bölmələri bu obyekti ələ keçirə bilsə, bir neçə briqadanı taktiki nüvə silahı ilə təmin edən nüvə arsenalına sahib olacaqlar.
“AzPolitika.info”




Şərhlər
ABŞ ve “medeni” Avropa indi gel etdikletinin behresini der.Mence Allah göstermesin eger bu alkaş ruslar nüve silahı tetbiq etseleler bı birinci növbede Avropa ölkelerinin başında sınaqdan keçecek bu birmenalıdır,yeni dünyada tülküden çoxbilmil heyvan yıxdur,deri dukanında da tülkü derisinden çox deri yoxdur.