Menu

Moskvada iyunun 26-sı qeyri-iş günü olacaq

24.06.2023, 19:37
Moskvada iyunun 26-sı qeyri-iş günü olacaq

Moskva meri Sobyanin 26 iyun bazar ertəsini istirahət günü elan edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Sobyanin riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində bazar ertəsini qeyri-iş günü elan etmək qərarına gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, hakimiyyət orqanları və müəssisələri, hərbi-sənaye kompleksi və şəhər xidmətləri istisna olmaqla, qalan sahələr üçün 26 iyun qeyri-iş günü hesab olunur.

“Sizdən xahiş edirəm ki, mümkün qədər şəhəri gəzməkdən çəkinəsiniz. Müəyyən məhəllələrdə və müəyyən yollarda nəqliyyatın hərəkətini kəsmək mümkündür”, - Moskva meri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol