Menu

Moskvanın cənub girişində nəzarət-buraxılış məntəqəsi qurulub

24.06.2023, 20:04
Moskvanın cənub girişində nəzarət-buraxılış məntəqəsi qurulub

Moskva şəhərinin bir sıra girişlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Yasenevo yaxınlığındakı Moskva Dairəvi yolundan çıxışda qumbaraatan və zirehli transportyorların olduğu nəzarət-buraxılış məntəqəsi qurulub.

Qeyd edək ki, Vaqner Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin ölkədə hərbi qiyam qaldıraraq Moskva istiqamətində hərəkət etdiyini açıqlayıb. Hazırda Priqojinin 25 minlik ordu ilə Moskvadan 2 saatlıq məsafədə, Lipetsk vilayətinin girişində olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol