Menu

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib

24.06.2023, 22:07
İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

"Report" Şuraya istinadən xəbər verir ki, iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

İclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.

İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.

Şərhlər

elekber Quliyev 2023-06-25 10:04:54

Tebrik edirem İnam Kerimov leyaqetli ve şerefli bir neslin numayendesidir , inanlram ki he dovletimiz hem xalqlmlz hem de mehkeme hakimiyyetinin daşlylcllarl olan hakimlerimiz onon simaslnda cox şey qazanacaqlar , Ugurlar

Eli 2023-06-25 02:18:56

Mustafaoğlunın tebriklne qoşuluraö ve inanuram ki İnam Kerimov bütün vezifeler kimi bu vezifenin de öhdesinden leyaqetle gelib bı sisteme bir nümune olacaw bir qayda qanun yarasacaq.Men bına tam eminem.

İ.Mustafaoğlu 2023-06-24 22:59:17

İnam müəllimi Məhkəmə Hüquq Şurasının sədri təyin olunması münasibətilə təbrik edirəm və fəaliyyətinə uğurlar arzulayıram. İnam müəllimin Məhkəmə Hüquq Şurasına sədr təyin olunması savadlı kadrların Hakim və Vəkil təyin olunmasına öz töhvəsini verəcək ,2016 və 2020- ci illərdə Hakimliyə və Vəkilliyhin Test İmtahanından Yüksək bal toplayan savadlı kadrların kənarda qalmalarını araşdıracaq və onların fəaliyyətinə hüquqi qiymət verəcəkdir. İnam müəllim sizə uğurlar arzulayıram və Ulu Tanrı sizi qorusun deyirəm!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol