Menu

Dərbənddə xüsusi əməliyyat: iki nəfər güllələnib

21.11.2014, 13:32
Dərbənddə xüsusi əməliyyat: iki nəfər güllələnib

Rusiya mətbuatına əsasən, Dağıstanın Dərbənd şəhərində hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib.

İlkin məlumata görə, əməliyyat zamanı iki nəfər öldürülüb.

Cümə gününə keçən gecə Dərbənd şəhərində antiterror rejimi əməliyyatı elan olunmuşdu.

Xəbərlərə görə, Salman küçəsində yerləşən tikintisi bitməmiş çoxmərtəbəli bina güc strukturları əməkdaşları tərəfindən mühasirəyə alınmışdı.

Hüquq-mühafizə orqanları rəsmilərinin güman etdiyinə görə, həmin binadan yaraqlılar sığınacaq kimi istifadə edirlərmiş.

Ötən gecə səhərədək bina ərazisində bir neçə dəfə atışma səsləri eşidilib. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol