Menu

Türkiyədə gündəlik ixracat rekordu qırıldı - FOTO

25.06.2023, 10:36
Türkiyədə gündəlik ixracat rekordu qırıldı - FOTO

Türkiyə ixracatı ötən günü tarixi rekordla başa vurub. Bu barədə ölkənin ticarət naziri Ömər Polad məlumat verib.

O, sosial media hesabında gündəlik ixrac rekordu ilə bağlı paylaşım edib.

“İxracımız 23 iyunda gündəlik tarixi rekordla 2 milyard 121 milyon dollar səviyyəsinə çatıb”, - nazir qeyd edib.

Polad bu göstəricinin 1977-ci ildəki illik ixrac (1 milyard 753 milyon dollar), 1999-cu ildəki aylıq ixracat dəyərinin (avqustda 1 milyard 940 milyon dollar) aşıldığına diqqət çəkib.

Nazir bütün bunların qlobal iqtisadiyyatdakı geriləmə fonunda baş verdiyini vurğulayıb.

Şərhlər

Ffff 2023-06-25 21:50:00

Bari onların əvəzində Vaşinqton , Franklin ruzvelt, şəkilleri olan, kağız parçaları alırsınız. Həlal olsun))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol