Menu

Ceyhun Bayramovdan hərbçilərimizə təbrik - FOTO

26.06.2023, 08:57
Ceyhun Bayramovdan hərbçilərimizə təbrik - FOTO

"Silahlı Qüvvələrimizin şəxsi heyətinə məsuliyyətli işlərində uğurlar arzulayıram".

"Report" xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşımında yer alıb.

"Ordumuzun yaradılmasının 105-ci ildönümü, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi məsuliyyətli işlərində uğurlar arzulayıram! Silahlı Qüvvələr günümüz mübarək!", - nazir qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol