Menu

Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb

26.06.2023, 10:47
Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb.

APA xəbər verir ki, iyunun 21-də Babayev Rafət İmanxan oğlunun idarə etdiyi “Daewoo BC090” markalı avtobusla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda “Azgranata” mağazasının qarşısında piyada 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, ötən gün orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol