İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.


Şərhlər
dünən ceyhun bayramovuna ad günü idi, çox xoşbaxt görəsnirdi, amma əməkdaşları isə kədərli.. çün ki, xün getdikcə mammedyarovun dövrünə qayıdır... hətt abir azdan betər olacağını da görürlər...