Menu

“Rusiyanın nüvə silahını tətbiq edəcəyinə dair hansısa əlamət yoxdur” - NATO

26.06.2023, 12:51
“Rusiyanın nüvə silahını tətbiq edəcəyinə dair hansısa əlamət yoxdur” - NATO

“Rusiyanın nüvə silahını tətbiq edəcəyinə dair hansısa əlamət yoxdur”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Litva Prezidenti Gitanas Nauseda ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, NATO-nun prosesləri diqqətlə izlədiyini söyləyib.

Y. Stoltenberq qeyd edib ki, Rusiyanın Belarusa nüvə silahı yerləşdirməsi məsuliyyətsiz davranışdır.

Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin ölkənin təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəklərinə dair xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol