Menu

Belarusda “Vaqner” üçün düşərgələr yaradılır

27.06.2023, 01:05
Belarusda “Vaqner” üçün düşərgələr yaradılır

Belarusda “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin yerləşəcəyi düşərgələr yaradılır.

Məlumata görə, tikinti ölkənin Mogilev vilayətində, Ukrayna ilə sərhəddən 200 kilometr aralıda aparılır. Bildirilir ki, ölkədə bir neçə belə düşərgə olacaq.

Qeyd olunur ki, Osipoviç şəhərindəki düşərgə 24 min kvadratmetr ərazini əhatə edir və səkkiz min döyüşçü üçün nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl “Vaqner”in təsisçisi Yevgeni Priqojin Minskin kənarındakı üç ulduzlu “Green City” hotelində görüntülənib. (Mənbə: lenta.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol